EN

Milli Məclis Avropa Parlamenti ilə bağlı müzakirə keçirir

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə dəyişiklik edilib.

“Cebheinfo.az” xəbər verir ki, əlavə olaraq Avropa Parlamentinin Azərbaycanın əleyhinə fəaliyyəti ilə bağlı məsələ gündəliyə əlavə edilib.

Məsələ ilə bağlı spiker Sahibə Qafarova çıxış edib. Spiker Azərbaycanın etibarlı tərəfdaş olduğunu, aparılan uğurlu xarici siyasətlə bağlı fikirlər sələndirib.

“Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli fəaliyyəti narahatlıq doğurur. Qərəzli qətnamələr qəbul edilir. Görünən budur ki, Avropa Parlamentinin bu fəaliyyəti sistemli fəaliyyət daşıyır. Avropa Parlamentinin lobbilərin əlində alətə çevrildiyi görünür”, - deyə S.Qafarova deyib.

Chosen
7
1
cebheinfo.az

2Sources