EN

Sosial mediada yeni dövr: “15 yaş” həddi rəsmi olaraq tətbiq olunur

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə internet və sosial media platformalarının istifadəsinə dair tənzimləmələrə dair qanun dəyişikliklər "Rəsmi Qəzet"də dərc olunaraq qüvvəyə minib. Yeni qanunla 15 yaşdan kiçik uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit yaradılacaq və kontrollu istifadə təşviq ediləcək.

Bizimyol.info xəbər verir ki, "Rəsmi Qəzet"də dərc olunan və bir sıra qanunlarda dəyişiklikləri nəzərdə tutan paket qanuna əsasən, 5651 saylı “İnternet Mühitində Yayınların Tənzimlənməsi Haqqında Qanun”da vacib yeniliklər edilib.

Xüsusilə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etməyi hədəfləyən yeni tənzimləmənin əsas məqamları bunlardır:

Qanuna əlavə edilən maddəyə əsasən, sosial şəbəkə təminatçılarına 15 yaşını tamamlamamış uşaqlara xidmət göstərmək qadağan edilib. Platformalar bu qaydanı tətbiq etmək üçün “yaş doğrulama” sistemləri də daxil olmaqla bütün texnoloji tədbirləri görməyə məcburdur. Bundan əlavə, 15 yaşını tamamlamış uşaqlar üçün ayrıca fərqləndirilmiş xidmət təqdim etmək də platformalar üçün zəruri hesab olunur.Yeni qaydaya əsasən, sosial şəbəkə təminatçıları açıq, anlaşıqlı və istifadə üçün əlverişli “valideyn nəzarət vasitələri” təqdim etməlidir. Bu vasitələr valideynlərə uşaqlarının hesab parametrlərini yoxlamağa, istifadə müddətini izləyib məhdudlaşdırmağa imkan verəcək. Həmçinin tətbiqdaxili alış-veriş, kirayə və ödənişli üzvlük kimi maliyyə əməliyyatları tamamilə valideyn razılığına tabe olacaq.Qanunda ilk dəfə olaraq “Oyun paylayıcı”, “Oyun tərtibatçısı” və “Oyun platforması” anlayışları müəyyən edilib. Günlük 100 mindən çox istifadəçi olan xarici oyun platformalarına Türkiyədə nümayəndə saxlamaq öhdəliyi qoyulub. Oyun platformaları düzgün qiymətləndirilməmiş oyunları təqdim edə bilməyəcək və valideyn təsdiqi mexanizmlərini sistemlərinə daxil edəcək.Uşaqların qorunmasına dair bu qaydalara əməl etməyən platformaları ciddi sanksiyalar gözləyir. Öhdəliklərini yerinə yetirməyən oyun platformalarına 10 milyon lirədən 30 milyon lirəyə qədər inzibati cərimə tətbiq ediləcək.Sosial şəbəkə və oyun platformaları pozuntularda israr edərsə, Bilgi Texnologiyaları və Rabitə İdarəsi (BTK) sədrinin müraciəti və Sulh Cinayət Məhkəməsinin qərarı ilə sosial şəbəkə təminatçılarının internet trafiki 90%-dək, oyun platformalarının isə 50%-dək azaldıla bilər.Sosial media və oyun platformalarına aid maddələr (Maddə 22 və 23) qanunun yayımlandığı tarixdən 6 ay sonra qüvvəyə minəcək ki, şirkətlər infrastrukturlarını yeni qanuna uyğunlaşdıra bilsinlər. Paket qanundakı digər maddələr isə yayımlandığı tarixdən dərhal tətbiq olunur.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
icma.az

1Sources