EN

“Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişir” - MEDİA-nın İcraçı direktoru

Azərbaycan dövlətçiliyinin ideoloji sütunlarını ucaldan, milli dirçəlişin sarsılmaz təməllərini qoyan Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, ölkəmizin şəhərlərinin estetik və funksional baxımdan yeni simasının yaradıcısı, milli memarlıq məktəbinin hamisi kimi tarixə düşüb.

"Unikal" xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.

O vurğulayıb ki, müstəqillik illərində Ulu Öndərin müəllifi olduğu quruculuq xətti dövlətimizin qüdrətini və xalqımızın estetik zövqünü bütün dünyaya nümayiş etdirib. “Ulu Öndərin şəhərsalma vizyonunun bu gün beynəlxalq səviyyədə təsdiqini tapmasının ən mühüm nümunələrindən biri də WUF13-ün Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərardır. WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir”.

İcraçı direktor bu gün Ulu Öndərin müəllifi olduğu müasir şəhərsalma strategiyasının Prezident İlham Əliyev tərəfindən möhtəşəm bir mərhələyə çatdırıldığına diqqət çəkərək deyib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağın və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişir. Bu gün Qarabağın dirçəlişi yalnız bir regionun bərpası deyil, həm də Azərbaycanın intellektual və iqtisadi gücünün, müasir şəhərsalma proseslərinə verdiyi töhfənin əyani sübutudur.

Şəhərlərimizin estetik görkəminin qorunması və mədəni irsimizin dünyada təbliği prosesində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etməliyik. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsləri sayəsində İçərişəhər və Qız qalası kimi nadir incilərimiz UNESCO-nun Dünya İrsi Siyahısında layiqli yerini möhkəmləndirib. Paytaxtımızın müasir simasına çevrilən möhtəşəm mədəniyyət mərkəzləri və ictimai parklar məhz bu nəcib yanaşmanın və milli mədəniyyətimizə olan yüksək qayğının nəticəsidir”.

Chosen
55
50
unikal.az

10Sources