EN

Azərbaycanın milli maraqları, dövlətimizin inkişafı və cəmiyyətimizin rifahı mənim üçün prioritet olaraq qalır



Ümumdünya Dağ Yəhudi Konqresinin sədr müavini, Ümumisrail Qafqaz yəhudilərinin sədri, Qlobal Həmrəylik Şurasının İdarə Heyətinin rəhbəri və Dağ Yəhudiləri üzrə Parlament Lobbiçiliyi Direktoru Pavel Elizarov tərəfindən verilmiş yüksək qiymətləndirmə bu qərarın yalnız institusional mahiyyət daşımadığını, eyni zamanda qlobal səviyyədə hüquq, ədalət və davamlı inkişaf prinsiplərinin təşviqi baxımından strateji əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.
Bu kontekstdə, mən hörmətli Elizarov Pavel mənə göstərilən etimada görə dərin təşəkkürümü bildirirəm. Bu etimadı yüksək peşəkarlıq, məsuliyyət və prinsipiallıqla doğruldacağıma əminliyimi ifadə edirəm. Mənim fəaliyyətimin əsas istiqaməti Qlobal Həmrəylik Şurası çərçivəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hüquqi prinsiplərin möhkəmləndirilməsi və humanitar təşəbbüslərin genişləndirilməsi olacaqdır.

Eyni zamanda, Azərbaycanın milli maraqları, dövlətimizin inkişafı və cəmiyyətimizin rifahı mənim üçün prioritet olaraq qalır. İnanıram ki, qlobal müstəvidə münasibətlərin düzgün qurulması, ictimaiyyətlər arasında qarşılıqlı hörmətin və etimadın yüksəldilməsi, eləcə də beynəlxalq dialoqun inkişafı dünya miqyasında sülh və sabitliyin təmin olunmasına xidmət edir. Bu ali məqsədlərə nail olmaq üçün bütün bilik və potensialımı səfərbər edəcəyəm.

Xüsusi olaraq, bu prosesdə göstərdiyi prinsipial dəstəyə və yüksək etimada görə dəyərli Pavel Elizarova dərin minnətdarlığımı bildirirəm. Onun rəhbərliyi və strateji baxışı çərçivəsində qlobal həmrəylik ideyalarının daha geniş miqyasda reallaşacağına inamım tamdır.

"LİKUD" iqtidar partiyasında keçirilən seçkilərdə, Pavel Elizarova uğurlar arzu edirəm.
İrəli məqsədlə — hüquq, ədalət və inkişaf naminə birlikdə.

David Seliverstov,
Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri
Chosen
20
newscenter.az

1Sources