Çin Afrika ilə ticarət siyasətində mühüm addım atıb.
Publika.az “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, rəsmi Pekin Afrika ölkələri üçün idxal rüsumlarını sıfırladığını açıqlayıb.
Yeni qərara əsasən, 1 may 2025-ci ildən etibarən 53 Afrika ölkəsi Çin bazarına tam rüsumsuz çıxış əldə edəcək və bu rejim 30 aprel 2028-ci ilə qədər qüvvədə qalacaq.
Diqqətçəkən məqam isə odur ki, bu siyahıdan yalnız bir ölkə - Esvatini kənarda saxlanılıb. Səbəb isə bu ölkənin Tayvan ilə diplomatik əlaqələri qorumasıdır.
Qeyd edək ki, daha əvvəl bu güzəştlər yalnız Afrikanın 33 ən az inkişaf etmiş ölkəsinə şamil olunurdu. Yeni qərarla Çin dünyada ilk böyük iqtisadiyyat kimi Afrika ölkələrinə birtərəfli şəkildə, heç bir tarif maneəsi olmadan bazarını açmış oldu.