EN

AFFA İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, ədbirdə aşağıdakı qərarlar qəbul olunub.

30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun MOİK – “Şahdağ Qusar” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun “Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1).

27 aprel 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Araz Naxçıvan PFK-Kəpəz PFK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N2 futbolçu Tacəddin Balayev qarşılaşmanın 90+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)

29 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Gəncə-Metak FK oyunu Metak FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Metak FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

30 aprel 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Aran(Beyləqan)-Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının N12 futbolçusu Zaur Tağızadə qarşılaşmanın 30-cu dəqiqəsində azarkeşlərə qarşı qeyri-etik jest göstərdiyinə və meydana daxil olan azarkeşi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 6 (altı) oyuna buraxılmasın. (Maddə 45.4 və 52.4)

30 aprel 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Aran(Beyləqan)-Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının koordinatoru Ülfət Mədətov qarşılaşmanın 30-cu dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)

"Qarabağ"dan "Sabah"a TƏBRİK

XXV turun təyinatları açıqlanıb

Millimiz Belarus yığmasına qalib gəlib

"İmişli" İdris İnqilablı ilə müqavilənin müddətini uzadıb

Füzulidə qızlar üçün futbol festivalı keçirilib

Chosen
13
2
apasport.az

9Sources