EN

Yılmaz Morgüldən Ebru Gündeşə sərt sözlər: "Haqqımı halal etmirəm" - VİDEO

Yılmaz Morgüldən Ebru Gündeşə sərt sözlər: "Haqqımı halal etmirəm" - VİDEOMəşhur müğənni Yılmaz Morgül səsləndirdiyi açıqlamalarla maqazin gündəminə damğa vurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sənətçi karyerasının ilk illərində dəstək verdiyini iddia etdiyi Ebru Gündeşi vəfasızlıqda günahlandırıb.

Televiziya proqramında qonaq olan Morgül bildirib ki, Gündeşin səhnəyə çıxmasında onun böyük rolu olub. O, müğənninin ilk səhnə fəaliyyətinə şərait yaratdığını, heyətə daxil edilməsinə kömək etdiyini və ilk səhnə geyiminin belə onun təşəbbüsü ilə hazırlandığını deyib.

Morgülün sözlərinə görə, münasibətləri onun assolist olduğu dövrdə pozulub. Sənətçi həmin müddətdə ünvanına ağır ifadələr səsləndirildiyini iddia edib.

Yaşananlardan sonra dərin inciklik keçirdiyini vurğulayan Morgül, Ebru Gündeşə qarşı çox küskün olduğunu və ona haqqını halal etmədiyini söyləyib.

Məşhur sənətçi daha sonra Ajda Pekkan barədə də diqqətçəkən fikirlər səsləndirib. O, Türkiyənin önəmli tenorlarından biri olduğunu desə də, sənət yolunda daim maneələrlə qarşılaşdığını iddia edib.

Morgül əlavə edib ki, mahnısı yayımlanmadan əvvəl onu ilk dinləyən şəxslərdən biri Ajda Pekkan, digəri isə Adnan Şenses olub. Buna baxmayaraq, yolunun kəsildiyini bildirib.

Chosen
22
sonxeber.az

1Sources