EN

Modriçlə bağlı yekun qərar verildi

40 yaşlı Luka Modriç “Milan”la müqaviləsini bir il uzatmaq seçimini aktivləşdirib.

Publika.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xorvatiyalı futbolçu "Yuventus"la 0-0 hesablı heç-heçə başa çatan oyun zamanı Manuel Lokatelli ilə toqquşduqdan sonra yanaq sümüyündən sınıq alıb.

O, zədə səbəbindən İtaliya çempionatının qalan dörd oyununda iştirak edə bilməyəcək. Zədənin klub karyerasına son qoyacağı ilə bağlı narahatlıqlar var idi.

"La Gazzetta dello Sport" qəzetinin məlumatına görə, zədəsinə baxmayaraq, yarımmüdafiəçi 2026/27 mövsümünün sonuna qədər müqaviləsinin uzadılmasına razı olub. Texniki cəhətdən bu seçim klub tərəfindən verilsə də, " Milan" oyunçunun razılığını aldıqdan sonra onun müqaviləsini uzadıb.

Chosen
10
publika.az

1Sources