EN

“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

“Euronews” telekanalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində tanınmış Azərbaycan caz musiqiçiləri - Əməkdar artistlər Rain Sultanov, Şahin Növrəsli və Emil Əfrasiyabın iştirakı ilə Azərbaycan cazı haqqında reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanda cazın mənşəyi və inkişafı araşdırılır. Qeyd olunur ki, Bakının caz səhnəsi Qərb improvizasiyasını ənənəvi muğamla birləşdirərək özünəməxsus səs yaradır. Qeyd olunub ki, caz sənəti XX əsrin əvvəllərindən bugünkü canlı festivallara qədər paytaxtın bədii həyatının əsas hissəsi olaraq qalır.

Azərbaycan musiqiçiləri vurğulayıblar ki, əməkdaşlıq və festivallar şəhərin inkişaf edən mədəni kimliyini formalaşdırır. Onlar janrın davam etdirilməsi üçün innovasiyanın vacib olduğunu və gələcək nəsillərin yeni perspektiv gətirdiyini deyirlər.

Reportajda deyilir: “Bakı regionda tədricən dinamik caz mərkəzi kimi tanınır, burada musiqi həm şəxsi ifadə tərzini, həm də mədəni mübadiləni əks etdirir”.

Müəllif - Anara Axundova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
3
azertag.az

4Sources