EN

“Liverpul”un yetirməsi İtaliya nəhənginə keçir

Kortis Cons bu yay “Liverpul”dan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, y eni müqavilə danışıqları bir neçə ay əvvəl dayandırılıb. “İnter” isə futbolçu ilə maraqlanır və danışıqlara başlamağa hazırdır.

Transferin baş tutması əsasən oyunçunun qiymətindən asılı olacaq, Premyer Liqa klubları da vəziyyəti izləyir.

25 yaşlı yarımmüdafiəçi bu mövsüm 30 oyunda 2 assist edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Chosen
28
idmanxeber.az

1Sources