EN

Arvadımı söymüşdü deyə döydüm, sərxoşun biri idi

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Goranboy rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 10-da rayonun Qızılhacılı qəsəbəsində baş verib. 1980-ci il təvəllüdlü Təvəkkül həmin gün saat 22:30-da Zamirin (adlar şərtidir – red.) yaşadığı fərdi yaşayış evində aralarında şəxsin münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla üz nahiyəsindən qəsdən vurub. İş üzrə izahat verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qonşusu Zamir ilə münasibətləri yaxşı olub, heç bir düşmənçiliyi və ədavəti olmayıb:“Zamir spirtli içki aludəçisi olub. Onunla həyətlərimiz bitişik olub. Onun spirtli içki aludəçisi olmasını kənd sakinləri də bilib. Spirtli içkiyə görə dəfələrlə qonşulardan və qohumlardan əşyalar götürüb və həmin əşyaları sataraq araq alıb”. Təqsirləndirilən şəxs deyib ki, Zamir mütəmadi olaraq onun evinə gəlib-gedib:“Təxminən bir il bundan öncə Zamir məndən tikinti materialları, yəni kraska, tikinti alətləri götürdü. Ümumillikdə həmin əşyaların qiyməti 2000 manat təşkil edib. Zamir həmin əşyaların pulunu hissə-hissə qaytaracağını söz verdi. Lakin bu günə qədər heç bir pul qaytarmadı. Həmin əşyaları mən qəsəbədə Fərman adlı şəxsdən borca almışdım. Fərman hər dəfəsində mənimlə əlaqə yaradaraq pulunu istəyib”.Təvəkkülün ifadəsinə görə, 2023-cü ildə həyat yoldaşı Mahirənin səhhətində yaranan narahatlığa görə onu müalicəsi üçün Ucar rayonunun kəndində aparıb:“2025-ci ildə arvadım qayıtdıqdan sonra evlərimizdən itən əşyaların olduğunu bildirdi. Mən isə həmin vaxta qədər həmin əşyaları Mahirənin ata evinə apardığını bilmişəm. Daha sonra qiyməti 300 manat olan masanın Zamir tərəfindən qonşumuz Məlik adlı şəxsə satdığını bilmişəm”. Təvəkkül deyib ki, bu ilin yanvarın 10-da həyətlərində olan zaman Zamir onun arvadı Mahirənin ünvanına sərxoş vəziyyətdə nalayiq ifadələr işlədib:“Həmin vaxt  çox əsəbləşdim. Buna görə Zamirin yaşadığı ünvana gedərək onun yatdığı otağa girdim. Bu zaman yumruqla onun üz nahiyəsindən bir dəfə vurdum. Bundan sonra o, yerə yıxıldı. Zamir yerdə olan zaman onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə təpiklə zərbələr endirdim”. İş üzrə zərərçəkmiş Zamirin sözlərinə görə, 2025-ci ilin dekabr ayında Təvəkkülün evində işləməyə başlayıb və 2026-cı ilin yanvarın 5-də işi yekunlaşdırıb:“Yanvarın 10-da, səhər saat 10 radələrində Təvəkküllə evlərinin qarşısında qabaqlaşdıq. Bu zaman Təvəkkül məni nalayiq ifadələrlə təhqir etdi. Lakin nə Təvəkkül məni, nə də mən onu döymədim. Bundan sonra evdə yatdığım zaman gecə saat 22:30-da səs gəldiyini eşitdim və yuxudan oyanan zaman Təvəkkülün otağımda olduğunu gördüm. Təvəkkül üzərimə doğru gələrək məni təhqir etdi və təpiklə bel nahiyəmdən, yumruqla üzümə və baş nahiyəmə zərbələr endirməyə başladı”. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib. Goranboy Rayon Məhkəməsi tərəfindən hökm çıxarılan zaman bu hallar nəzərə alınıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndiriıən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
demokrat.az

1Sources