EN

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA

Yardımlı rayonunda elektrik naqillərinin qırılması nəticəsində mal-qara tələfatı baş verib.

Bizim.Media-nın yerli bürosu xəbəri verir ki, yerli sakinlərin bildirdiyinə görə, köhnəlmiş elektrik xətləri səbəbindən bu cür hadisələr tez-tez təkrarlanır.

Qeyd olunub ki, son hadisə zamanı 3 baş iri buynuzlu heyvan tələf olub.

Sakinlər bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlar hələlik hər hansı reaksiya verməyib.

Bizim.Media

Chosen
39
2
bizim.media

10Sources