EN

Onların sirri nədir?

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Aprelin 5-də keçirilən 9-cu sinif şagirdlərinin buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərdən bəziləri uğurlarının sirlərindən danışıblar.

Bakı şəhəri 269 nömrəli tam orta məktəbin şagirdi Banu Babazadə sevincini “Qafqazinfo” ilə bölüşərkən qeyd edib ki, bu nəticəni əldə etmək onun üçün elə də çətin olmayıb.

“İmtahandakı suallar normal səviyyədə idi. Məktəbdə bütün dərslərimi mütəmadi və yaxşı oxuduğum üçün bu nəticəni əldə etdim. Dərslərə səmərəli vaxt ayırmaq, məsuliyyətli olmaq və qarşına hədəf qoymaq uğurun ən əsas yoludur. Gələcəkdə Tibb Universitetinə qəbul olmaq istəyirəm”.

Maksimum nəticə göstərən 8 nəfər arasında yeganə oğlan olan Gəncə şəhər 2 nömrəli internat tipli xarici dillər təmayüllü gimnaziyanın şagirdi Seymur Hüseynov isə yüksək nəticə üçün təməlin güclü olmasının vacibliyini vurğulayıb.

“İmtahana həm məktəb müəllimlərimin köməyi, həm də repetitorlarla birgə hazırlaşmışam. Suallar çox çətin deyildi, sadəcə trapesiya ilə bağlı tapşırıq bir qədər düşündürücü idi. Artıq imtahandan bir gün əvvəl özümə inanırdım. Yaxşı nəticə üçün aşağı siniflərdən məktəb dərslərinə ciddi yanaşmaq lazımdır. Arzum gələcəkdə hüquqşünas olmaqdır”, - deyə o əlavə edib.

Bəsti Məmməd

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
qafqazinfo.az

1Sources