EN

Almaniya vətəndaşları kütləvi mitinq zamanı Mertsin istefasını tələb etdilər - VİDEO

Minlərlə Almaniya vətəndaşı Almaniya kansleri Fridrix Mertsin istefası tələbi ilə kütləvi mitinqlərə çıxıb.

Qaziler.az bildirir ki, mayın 1-də "İzvestiya" qəzeti Berlində baş verən hadisələrin görüntülərini dərc edib.

Orada əllərində anti-militarist simvollar və şüarlar olan plakatlar daşıyan insan izdihamının yol boyunca hərəkət etdiyi görünür.

Bir fəal bildirib ki, o və tərəfdarları əvvəlcədən hazırlanmış ərizəni Mertsin ofisinə təqdim etmək üçün bir araya gəliblər.

O bildirib ki, bu sənəd artıq 125.000 nəfər tərəfindən imzalanıb.

QAZİLER.AZ

Chosen
10
1
qaziler.az

2Sources