EN

Ürəyi partlayıb ölən generalın yavəri PUL TOPLAYIRMIŞ

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, mayor Haqverdiyev təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurdu. Lakin məhkəmə prosesində şahidlərin böyük əksəriyyəti onun lehinə ifadə verib. Onlar işə düzəlmək üçün pulu məhz Haqverdiyevə deyil, onun müavini, hazırda isə rəis vəzifəsini icra edən Muraz Həsənova verdiklərini bildiriblər.

Bakıvaxtı.az Muraz Həsənovla bağlı bəzi detalları da əldə edib.

Məlumatlı mənbənin bildirdiyinə görə, o, 2018–2020-ci illərdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant Fuad Məmmədovun yavəri kimi fəaliyyət göstərib.

Həsənov uzun müddət Hərbi Hava Qüvvələrində çalışıb və iddialara görə, mərhum generalla şəxsi münasibətləri fonunda yüksək vəzifələrə təyinat alıb.

Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, İlham Haqverdiyev 15 min manat məbləğində cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
77
bakivaxti.az

1Sources