EN

NBA-da kütləvi dava, hakim xəsarət aldı

Milli Basketbol Assosiasiyasının (NBA) “Nyu-York Niks” və “Atlanta Hoks” komandalarının oyunçuları pley-offun birinci turunun 6-cı oyununda kütləvi dava salıblar.

Publika.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə ikinci hissədə baş verib. “Atlanta”nın cərimə atış cəhdi zamanı “Niks”in mərkəz oyunçusu Mitçell Robinson və “Noks” basketbolçusu Dayson Daniels səbətin altında əlbəyaxa olublar.

Mübahisə meydandakı bütün oyunçuların iştirak etdiyi tammiqyaslı davaya çevrilib. Hakimlər oyunçuları sakitləşdirməyə çalışıblar və onlardan biri yıxılaraq ayağından xəsarət alıb.

Chosen
7
13
publika.az

10Sources