ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ İsraillə HƏMAS arasındakı atəşkəsə riayət olunmasına nəzarət etməli və Qəzzaya humanitar yardımın çatdırılmasını əlaqələndirməli olan İsraildəki Mülki-Hərbi Koordinasiya Mərkəzini (CMCC) bağlayacaq.Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.Bu qərar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq tənzimlənməsi ilə bağlı planının çıxılmaz nöqtəyə gəlməsi ilə əlaqədardır. Səbəblər arasında atəşkəsdən sonra İsrailin davam edən hücumları və HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi göstərilir.
CMCC-nin funksiyaları ABŞ-ın komandanlığı altında olan Beynəlxalq Sabitləşdirmə Qrupuna veriləcək. Amerika hərbi qüvvələrinin sayı 190 nəfərdən 40 nəfərə endiriləcək və onları digər ölkələrdən olan mülki mütəxəssislər əvəz edəcək.
Güman edilir ki, mərkəzin Qəzzaya Beynəlxalq Dəstək Mərkəzi adlandırılacağı gözlənilir. Bununla belə, diplomatlar bu yenidənqurmanın yerlərdəki vəziyyəti dəyişəcəyinə şübhə ilə yanaşırlar.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.