EN

Media: ABŞ ın blokadası İrana təxminən 5 milyard dollara başa gəlib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 2 may, AZƏRTAC

ABŞ-nin Oman körfəzindəki blokadası səbəbindən İran təxminən 5 milyard dollarlıq neft gəlirindən məhrum olub.

AZƏRTAC-ın “Axios”a istinadla verdiyi məlumata görə, bu barədə Müharibə Departamentinin hesablamalarında qeyd olunub. Bildirilir ki, bu İran hökumətinə görünməmiş təzyiq yaradıb.

Aprelin 13-də blokada başlayandan ABŞ ordusu neft və digər qaçaqmalçılıq daşıyaraq blokadadan keçməyə çalışan 40-dan çox gəmini geri qaytarıb. Məlumata əsasən, ümumilikdə, 53 milyon barel İran nefti ilə yüklənmiş 31 tanker körfəzdə ilişib qalıb və onların dəyəri ən azı 4,8 milyard dollardır. ABŞ tərəfindən iki gəmi ələ keçirilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
5
azertag.az

6Sources