EN

“Ramiz Mehdiyevin qalmaqallı videosuna sözardı onunla razılaşmalıyıq” Video

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 22-ci buraxılışının yazılı variantını təqdim edir.

– Tramp... Tramp... Tramp...

Həmişə olduğu kimi ABŞ prezidenti Donald Tramp bu həftə də gündəmdə oldu. Hətta onun açıqlamaları gündəm sözü ilə də tam ifadə olunmur. Bəzən bir neçə saatdan bir maraqlı fikirlərlə dünyanın diqqətini cəlb edir və hər dəfə də qəribə bir fiasko ilə üzləşir. Ən maraqlı hadisə Ağ evdəki məşhur ziyafət zamanı silah səsinin gəlməsi, Trampın özünü itirməsi və zaldan qaçarkən az qala yıxılması oldu. Xanımını qoyub ziyafətdən qaçmalı oldu. Olan işdir. Təhlükəli anlarda belə hadisələr gözləniləndir. Ancaq bundan sonra əlində avtomat şəkil paylaşaraq İranı hədələmək, artıq gülməlidir. Bu məqamda Trampa bədii obraz kimi baxdım. Həm də fikirləşdim ki, görəsən, qorxub qaçdığı vaxt özünün bombaladığı yerlərdən qaçmayan, bormabardmana lətifə kimi yanaşan insanlar yadına düdümü?

Mətbuatda söhbət dolaşdı ki, bu hadisəni Tramp özü təşkil edib. Eyni məkanda oxşar hadisə Reyqanın da başına gəlmişdi və onun reytinqi birdən-birə 50 faizdən 70-80 faizə yüksəlmişdi. Tramp da oxşar terror aktı düzüb-qoşub belə bir gediş edə bilərdi. Lakin mütəxəssislər danışanda barmağımı dişlədim. Bura Amerikadır və əgər belə bir gizli plan qurulsa, onu müstəqil məhkəmələr gec-tez ifşa edəcək. Ona görə Tramp belə bir riskə getməz.

İkinci fiasko İngiltərə kralı ilə görüşdəki söz atışması oldu. Bildiyiniz kimi Tramp çıxışlarının birində İkinci Dünya müharibəsini nəzərdə tutaraq demişdi ki, Amerika olmasa indi ingilislər alman dilində danışırdı. İngiltərə kralı Üçüncü Çarlz isə Amerika səfəri zamanı daha qədim tarixi nəzərdə tutaraq onun cavabını belə verdi: “Biz də olmasaq, Amerika indi fransız dilində danışırdı”. Əslində, zarafatla deyilmiş bu sözlərin altında böyük həqiqətlər dayanırdı.

Məncə, Trampın bu həftə ən böyük foiaskosu Putinlə telefon danışığından sonra verdiyi açıqlama oldu. Saat yarım söhbətdən sonra şok açıqlama gəldi ki, Ukrayna məğlub olur və tezliklə atəşkəs müqaviləsi imzalanacaq. Bu fikirlər bütün dünyada böyük etiraza səsbəb oldu və Tramp administasiyasının demokratiya sevgisində nə qədər səmimi olduğunu göstərdi. Ukraynanın məğlubiyyəti tarixi gerçəklikdən çox Trampın arzusu kimi göründü. Sən demə, o, əvvəldən sülhü yalnız bu şərtlə reallaşdırmağı düşünürmüş.

– Baş nazirin müavini Şahin Mustafayevin Ermənistan səfəri

Bu səfəri çox yüksək qiymətləndirirəm. Birmənalı şəkildə sülh prosesinin tərəfdarıyam. Hətta bunun üçün əlimdən nə gəlirsə, etməyə hazıram. Bu mənada Azərbaycan dövlətinin mövqeyini alqışlayıram. İzlədiyim qədər Şahin müəllimin səfəri bu ranqda ilk birbaşa səfərdir. Qırx dörd günlük müharibədən əvvəl ovaxtkı xarici işlər nazirimiz Ermənistanda olmuşdu, lakin bu beynəlxalq tədbirlər çərçivəsində həyata lkeçirilən bir səfər idi. İndiki bir az fərqlidir və birbaşa ünsiyyətdir. Bu səfər təkcə demarkasiya və delimitasiya işləri ilə bağlı deyil, həm də erməni sahibkarların Azərbaycanla qarşılıqlı əməkdaşlığını ehtiva edir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə danışdı, bildirdi ki, təhlükəsizlik baxımından səfərlə bağlı təfərrüatlı məlumatlar vermək istəmir. Eyni zamanda, səfəri sülh prosesinə daxil olan vacib addım kimi qiymətləndirdi. Ermənistan seçkiləri ərəfəsində atılan bu addım hər iki xalqa çox lazımdır. Üstəlik, bizim dövlətimizə lazımdır. Çünki biz ərazi bütövlüyümüzü tam təmin etmişik. Düşünürəm ki, təkcə rəsmi qurumlar deyil, cəmiyyətin digər sahələri – mətbuat, ədəbiyyat, vətəndaş cəmiyyəti də qarşılıqlı görüşlərə və əmkdaşlıqlara getməlidir.

Bəlkə də, sülh prosesi müharibə bölgəsində doğulan və itkilər yaşayan bəzi insnaların, şəhid ailələrinin narazılığına səbəb ola bilər, mən onları da başa düşürəm, lakin yenə itkilər yaşamamaq və şəhid verməmək üçün biz sülhə doğru addım atmalıyıq. Bir el məsəlində “qonşun pisdir, köç qurtar” deyilir. Təəsüf ki, dövlətlərin belə bir imkanı yoxdur, dostluq olmasa da, dinc yanaşı yaşamaq yeganə çıxış yolumuzdur. Zaqafqaziyada sülh istəməyən qüvvələr erməni xalqını da, Azərbaycam xalqını da istəməyənlərdir. Mən bu işdə hər iki dövlətə uğurlar arzu edirəm və ümid edirəm ki, tezliklə sülh müqaviəsi imzalanacaq, əlli ilə yaxın davam edən münaqişə, nəhayət, biryolluq başa çatacaq.

– Türkiyədə yaşamaq icazəsi...

– Bu həftə bir bəd xəbər də eşitdik: Türkiyədə yaşamaq icazəsinə görə rüsum on dəfədən artıq qalxdı. Yəni, 3 min lirədən, 28-30 min lirəyə çatdı. Rəqəmin belə böyüməsi həm də Türkiyədəki dəhşətli inflayasiya ilə bağlıdır. Amma yenə də kəskin bahalaşmadır və orada oxuyan aşağı təminatlı azərbyacnlı tələbələr üçün böyük problem yaradır. Türkiyədə onsuz da ərzaq və geyim baha idi, üstəlik bu qiymətlər də qalxdı. Türkiyə yaşanılmaz bir hala gəlib. Təəssüf ki, bütün sahələrdə Azərbaycana bir pəncərə kimi açılan qardaş ölkə indi bizim özümüzdən çətin vəziyyətdə yaşayır. Burda məni narahat edən başqa bir nüans da var. Haradasa doqquz-on ölkənin vətəndaşına Türkiyədə ödənişsiz yaşamaq icazəsi verilib, Azərbaycan bu siyahıda yoxdur. Halbuki biz həmişə iki millət bir dövlət ideyasından danışırıq. Mən həmişə bu cır pafoslu çıxışların, çox az istisnalarla, həqiqətə uyğun gəlmədiyini və insanları reallıqdan araladığını görmüşəm. Bax indi əsl məqamıdır ki, bu yaxınlığı ortaya qoysunlar və Azərbaycanlı tələbələrə də müəyyən güzəştlər tətbiq etsinlər. Ya da dövlətimiz xüsusi datasiya ayırsın. Çünki insan kapitalı hər şeydən dəyərlidir və bunun tükənmək lüksü yoxdur. Zamanla dönüb-dönüb öz ölkəsinə fayda verir.

– Hamamda qazdan boğulan gənclər...

Gənclərlə bağlı bu üzücü xəbər hamımıza pis təsir göstərdi. Ən qəribəsi, on dörd yaşlı qızın sağ qalması, on doqquz yaşlı oğlanın həyatını itirməsindən daha böyük problem yaradıb. Məsələni araşdırmağa başlayan kimi yenə ölkəmizin tale yüklü problemlərinə gedib çıxırsan: ailə tərbiyəsi, təhsil, uşaqların yiyəsizliyi və s. Qızın anası danışır və deyir ki, kaş o oğlanın yerinə mənim qızım öləydi. Bir ana niyə belə danışsın axı? Əlbəttə, ilk növbədə hüquq-mühafizə orqanlarlndan çəkinir. Çünki oğlanın ölümündə qızı və onun ailəsini günhalandıranlar var. İkincisi, cəmiyyətin təzyiqindən qorxur. Ana danışdıqca faciəvi məqamlar bir-bir ortaya çıxır. Evin kişisi gözdən əlildir, qadını şəkər xəstəsidir, evdə isə on uşaq var. Yəni gözdən-nəzərdən kənarda böyük bir ailə dramı...

Anası qızını aylarla itirib. Bir dəfə polisin köməyi ilə tapıb. Çoxlu suallar neydana çıxır. Bizdə təhsil icbari deyil? Bu yaşda qız məktəbdən necə yayınır? Bu cür uşaqların küçələrə düşməsinə necə icazə verilir? Ölkədə hər yedə nəzarət var, kamera var. Uşaqların bu faciəvi həyata yuvarlanmasına qanunlarımız yol verirmi? On səkkiz yaşdan yuxarını anlamaq olar, gənclər müstəqil həyata atılır, bəs on dörd yaşlı qız? Axı onun öz taleyini həll etmək hüququ yoxdur, ya valideynin, ya dövlətin himayəsində qalmalıdır.

Əlbəttə, baş verən hadisə təkcə bir aiənin deyil, cəmiyyətin problemidir və bu barədə çox ciddi ölçü götürülməlidir.

– Ramiz Mehdiyevin sensasiyalı videosu...

Ramiz Mehdiyevin dövlət dili ilə bağlı nə vaxtsa etdiyi bu hesabat xarakterli çıxış yenidən yayımlanan kimi sosial mediada böyük müzakirəyə səbıb oldu. Çünki dilimizin Azərbaycan, yoxsa türk dili adlandırılması hamı üçün hələ də həssas mövzudur. O vaxt mərhum Heydər Əliyevin rəhbərliyi ilə bu məsələ geniş müzkirə edilmişdi. Mütəxəssislər cəlb olundu və qərara gəldilər ki, ifadəni “Azərbaycan dili” kimi saxlasınlar. Məncə, ən doğrusu bu idi. Çünki Azərbaycançılıq ideyası Türkiyə də daxil olmaqla heç bir türk dövləti ilə və türkdilli xalqla münasibətimizə mənfi təsir göstərmir. Bizim seçimimzidr bu, onlar da hörmətlə yanaşır. Bu, Azərbaycanda əhalinin əsas hissəsinin türk əsilli olması faktını istisna etmir. Bundan narahat olmağa dəyməz.

Ancaq eyni ideya Azərbaycandakı digər etnik xalqlarla dostluq və qardaşlıq şəraitində yaşamağımıza imkanlar yaradır. Onları Azərbaycan bayrağı ətrafında daha möhkəm, daha səmimi, daha ürəkdən birləşdirir. Sonuncu vətən müharibəsi də bu həmrəyliyin sarsılmazlığını göstərdi.

Azərbaycan dili anlayışı həm də bizi başqa türk dillərindən fərqləndirən özəllikləri və gözəllikləri qoruyur. Bu dil uğurnda böyük kişilər böyük əziyyətlər çəkiblər. Bircə Xalq yazıçısı Mirzə İbrahimovun Azərbaycan dilinin 1956-cı ildə konstitusiyaya dövlət dili kimi salınmasında göstərdiyi fədakarlıqlara baxmaq kifayətdir. Buna görə onu Ali Sovetin sədri vəzifəsindən də, deputatlıqdan da kənarlaşdırdılar.

Heç kimə asan məsələ kimi gəlməsin. Bu barədə tarixçi Cəmil Həsənlinin çox maraqlı araşdırmaları var. Azərbaycan dili uğrunda böyük mübarizələr nəticə vedi. Bizim müqəddəs borcumuz Rəsulzadədən miras qalan, Heydər Əliyevlə davam edən, Üzeyir Hacıbəyli də daxil olmaqla bütün milli mütəfəkirlərimizin hesabına formalaşan Azərbaycançılıq ideyasını daima uca tutmaqdır. İstər dil məsləsində, istərsə də digər məsələlərdə...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
50
www.bakupost.az

10Sources