EN

“Barselona” Bernardo Silva ilə razılığa gəlib

style='margin-bottom:10px;'>

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva ilə prinsipial razılığa gəlib

QOL.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Xəbərə görə, 31 yaşlı futbolçunun yayda azad agent kimi transferi artıq təxminən 80 faiz razılaşdırılıb. Lakin yekun qərar komandanın baş məşqçisi Hans-Diter Flikdən asılıdır. O, yalnız heyətdən bir yarımmüdafiəçi ayrılacağı halda bu keçidə “yaşıl işıq” yandıracaq.

Maliyyə məhdudiyyətlərinə uyğunlaşmaq üçün Bernardo Silva maaşını 60 faiz azaltmağa razılaşıb.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, bu müddətdə 454 oyunda 76 qol vurub, 77 məhsuldar ötürmə edib.

Chosen
37
2
teleqraf.com

3Sources