EN

Arakçı Pezeşkiana xəyanət edir? İranda böhran

ain.az, Axar.az portalına istinadən məlumat verir.

İranda yüksək vəzifəlilər arasında yaranmış ciddi fikir ayrılıqlarını və Arakçının SEPAH-a yaxın olduğunu nəzərə alsaq, belə bir iddianın doğruluğu ehtimal olunandır.

Bu sözləri Axar.az-a açıqlamasında güneyli fəal, siyasi müşahidəçi Əlirza Zamani İran Prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibafın XİN rəhbəri Abbas Arakçının diplomatiyanı idarə etmə üsulundan narazı olduğu və istefasını tələb etdiklərinə dair iddiaları şərh edərkən deyib.

“Arakçının vəzifədən uzaqlaşdırılması qanunla prezidentin səlahiyyətlərinə daxil olsa da, İranda bir neçə nazirlikdə dəyişiklik adətən ali liderin razılığı ilə baş tutur. Onlardan biri də Xarici İşlər Nazirliyidir. Pezeşkianın xarici işlər nazirini təkbaşına vəzifədən çıxarıb yenisini təyin etməsi o qədər da asan məsələ deyil. Bu isə ziddiyyətlərin artıq kritik həddə olması deməkdir.

Zənnimcə, bu fikirin yaranmasına səbəb Arakçının son zamanlarda hökumətin siyasətini icra edən nazirdən çox, SEPAH komandiri Əhməd Vahidinin köməkçisi kimi çıxış etməsi olub. Deyilir ki, Arakçı son iki həftə ərzində Pezeşkianı məlumatlandırmadan, Vahidi ilə tam koordinasiyada və onun göstərişləri əsasında fəaliyyət göstərib. Təbii ki, bu da Pezeşkianın narazılığına səbəb ola biləcək amildir.

Bəzi mənbələrdə isə iddia edilib ki, martın sonlarında Pezeşkian ilə Vahidi arasında müharibənin idarə olunması, xalqa və iqtisadiyyata təsiri ilə bağlı məsələlərdə fikir ayrılığı yaranıb və ciddi mübahisələr yaşanıb.

Digər tərəfdən, Pezeşkianın müharibə zamanı həlak olmuş hökumət üzvlərinin yerinə yeni şəxs təyin etmək səlahiyyətinin əlindən alındığı da qeyd olunub. Hətta Vahidi açıq şəkildə bildirib ki, müharibə şəraitinə görə bütün əsas vəzifələr növbəti bildirişə qədər birbaşa SEPAH tərəfindən seçilməli və idarə olunmalıdır.

Qalibafın danışıqlardan kənarlaşdırıldığını da gördük. Bütün bunlar isə deyilənlərin həqiqət ola biləcəyini təsdiqləyir”, - deyə siyasi müşahidəçi əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
2
axar.az

3Sources