EN

Gündə nə qədər makaron yemək olar?

Rusiyalı endokrinoloq-diyetoloq Anton Polyakov sağlamlığa zərər vermədən gündə nə qədər makaron yemək lazım olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "AiF.ru" saytı məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, makaron məmulatlarının da aid olduğu nişastalı hazır qidaların gündəlik norması təxminən 300 qram hesab olunur: "Bu, adekvat karbohidrat yükünü təmin edən, həddindən artıq yeməyə səbəb olmayan və karbohidrat mübadiləsinə mənfi təsir göstərməyən optimal miqdardır. Belə norma qanda şəkərin kəskin artmasının qarşısını alır və piylənməyə yol açmır".

Ekspert vurğulayıb ki, müxtəlif növ makaronlar orqanizmə fərqli təsir göstərir. O, bərk buğda növlərindən hazırlanan məmulatlara üstünlük verməyi tövsiyə edir, çünki onlar qandakı şəkər səviyyəsini daha yavaş artırır.

Eyni zamanda, yumşaq buğda növlərindən hazırlanmış və həddindən artıq bişirilmiş makaronlar qlikemiyaya (qanda şəkərin səviyyəsinə) daha kəskin təsir göstərə bilər.

Bundan əlavə, Polyakov alternativ variantların - paxlalı bitkilərdən, qarğıdalıdan və digər növlərdən hazırlanmış makaronların da faydalı olduğunu xatırladıb.

Chosen
45
bakivaxti.az

1Sources