EN

500 dən çox tır gömrükdə gözləyir Sürücülərdən şikayət VİDEO)

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Artıq 5 gündür sürücülər sərhədi keçə bilmirlər. Sərhədkeçmə məntəqəsində uzun növbələr yaranıb.

Sürücülər deyirlər ki, günlərlə növbədə qalmaq həm maddi, həm də texniki baxımdan ciddi problemlər yaradır. Xüsusilə qida məhsulları daşıyan yük avtomobillərinin sahibləri məhsulların xarab olmasından ehtiyat edirlər.

Türkiyəli sürücülər isə bildirirlər ki, avtomobillərində əsasən tez xarab olan ərzaq məhsulları var ki uzun müddət gözləmək onlar üçün böyük risk yaradır. Yüklər Rusiya ərazisinə keçmək üçün növbədə saxlanılır. Problemin Rusiya gömrüyü ilə əlaqəli olduğu bildirilir

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər”ə verilən açıqlamada bildirilib ki, "Samur", "Xanoba" və "Şirvanlı" gömrük postlarından yük nəqliyyat vasitələrinin buraxılışı gündəlik iş rejimində həyata keçirilir və hazırkı şəraitdə buraxılış ilə əlaqədar hər hansı sıxlıq və gecikmə halları müşahidə edilmir."

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
qaynarinfo.az

1Sources