EN

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək » AzadMedia.az


Misli Premyer Liqasında XXX tura bu gün start veriləcək.

Birinci oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "Sumqayıt" "Kəpəz"in qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 38 xalla yeddinci, Gəncə klubu 21 xalla onuncu pillədə qərarlaşıb.

Saat 18:30-da "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. Naxçıvan təmsilçisi 40 xalla altıncı, qonaqlar 29 xalla doqquzuncu sıradadır.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.
Chosen
14
8
azadmedia.az

10Sources