Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
"Unikal" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun açılış matçında “Kəpəz” Yevlax şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək. Saat 16:00-da başlayacaq görüşü baş hakim Əli Əliyev idarə edəcək. Hazırda “sarı-göylər” 21 xalla turnir cədvəlinin 10-cu pilləsində, “kimyaçılar” 38 xalla 7-ci yerdə qərarlaşıb.
Günün digər oyununda “Araz-Naxçıvan” Sumqayıtdakı “SOCAR Polymer Arena”da “İmişli” ilə üz-üzə gələcək. Hazırda Andrey Demçenkonun komandası 40 xalla turnir cədvəlinin 6-cı, Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv isə 29 xalla 9-cu pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası,
XXX tur
2 may
16:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu
18:30. “Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“SOCAR Polymer Arena”
Qeyd edək ki, turun digər oyunları 3-4 may tarixlərində keçiriləcək.