EN

SEPAH dan Körfəzlə bağlı bəyanat

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Körfəzdə idarəetmə ilə bağlı yeni qaydalar müəyyən ediləcək”

“İranın Ali Rəhbəri Müctəba Xamenei Körfəzdə idarəetmə ilə bağlı yeni qaydalar müəyyən edəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu ifadələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Komandanlığının yaydığı bəyanatda əksini tapıb.

“Ali Rəhbərin rəhbərliyi altında Körfəzin idarə olunması üçün yeni qaydalar və şərtlər müəyyən ediləcək və tətbiq olunacaq”, - deyə qeyd olunub.

Komandanlıqdan bildirilib ki, Hərbi Dəniz Qüvvələri İranın sahil xəttinin təxminən 2 min kilometrini və Hörmüz boğazını nəzarətdə saxlayacaq.

“Bu su yolu İran xalqı üçün dolanışıq mənbəyinə, eyni zamanda, bölgə üçün təhlükəsizlik və rifah mənbəyinə çevriləcək”, - vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
3
ayna.az

10Sources