EN

Xarici diplomatlar Şuşa Müalicə Sağlamlıq Mərkəzində olublar - FOTO

Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşa şəhərinə səfər çərçivəsində Şuşa Müalicə Sağlamlıq Mərkəzində olublar.

Sitat.info xəbər verir ki, nümayəndə heyətinə mərkəz haqqında məlumat verilib.

Bildirilib ki, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.

Qeyd olunub ki, mərkəz şəhər əhalisinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır.

Qonaqlar mərkəzlə tanış olub, içərisinə baxış keçiriblər.

Chosen
13
6
sitat.info

7Sources