EN

Levandovski “Yuventus”a keçir

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

“Yuventus” 37 yaşlı futbolçunun nümayəndələri ilə artıq danışıqlara başlayıb. Əgər Turin klubu Çempionlar Liqasına vəsiqə qazansa, polşalı forvard “Yuve”yə keçməyə razılıq verəcək.

Levandovskinin “Barsa” ilə müqaviləsi bu ilin iyununa qədərdir. Kataloniya klubunun rəhbərliyi futbolçuya əməkhaqqının azaldılaraq yeni müqavilə təklif edib. Lakin bu, hücumçunu razı salmayıb.

“Yuve” Levandovski ilə 1 illik müqavilə bağlayacaq. Onun maaşı bonuslarla bir yerdə təxminən 6 milyon avroya yaxın olacaq.

Chosen
35
msport.az

1Sources