EN

Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır

ABŞ Prezidenti Donald Tramp, Avropa Birliyinin (AB) ticarət razılaşmasına əməl etmədiyini iddia edərək AB-dən idxal olunan avtomobil və yük maşınlarına tətbiq edilən tarifləri 25 faizə qaldıracağını açıqlayıb. ABŞ-də istehsal həyata keçirən şirkətlər isə vergidənazad tutulacaq.

ABŞ Prezidenti Donald Tramp Avropa Birliyindən idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan tariflərin artırılacağını elan edib. Marja.az-ın məlumatına görə, Tramp bildirib ki, Avropa Birliyi ABŞ ilə əldə olunan ticarət razılaşmasının şərtlərini tam şəkildə yerinə yetirməyib.

Cümə günü sosial media hesabında açıqlama verən Tramp deyib: “Avropa Birliyinin üzərində razılaşdığımız ticarət sazişinə əməl etməməsi səbəbindən, gələn həftə ABŞ-yə daxil olan avtomobil və yük maşınlarına tətbiq edilən tarifləri artıracağımı elan etməkdən məmnunam”.

Tramp qeyd edib ki, sözügedən tariflər 25 faiz səviyyəsinə yüksəldiləcək.

Digər tərəfdən, ABŞ Prezidenti yeni tənzimləmənin ABŞ-də istehsal edən şirkətlərə şamil olunmayacağını vurğulayıb.

Tramp deyib: “ABŞ-dəki müəssisələrdə avtomobil və yük maşını istehsal etdikləri halda heç bir tarif tətbiq edilməyəcəyi tam şəkildə anlaşılmışdır”.

Chosen
37
1
marja.az

2Sources