EN

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada yerləşən Qazançı kilsəsi ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, paylaşımda kilsənin ilkin memarlıq üslubuna uyğun şəkildə bərpa olunduğunu bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Respublikası ərazisində yerləşən bütün qanuni tikililər, eləcə də tarixi, mədəni və dini abidələr milli qanunvericiliyə uyğun olaraq qorunur, mühafizə edilir və bərpa olunur.
 


Bizim.Media

 

Chosen
36
9
bizim.media

6Sources