
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada yerləşən Qazançı kilsəsi ilə bağlı paylaşım edib.
Missiya.Az xəbər verir ki, o, paylaşımda kilsənin ilkin memarlıq üslubuna uyğun şəkildə bərpa olunduğunu bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Respublikası ərazisində yerləşən bütün qanuni tikililər, eləcə də tarixi, mədəni və dini abidələr milli qanunvericiliyə uyğun olaraq qorunur, mühafizə edilir və bərpa olunur.
Inside the Ghazanchi Church in Shusha. The church has been restored in accordance with its original architectural style. All lawful structures, as well as historical, cultural, and religious monuments within the territory of the Republic of Azerbaijan, are protected, reserved and… pic.twitter.com/jcswMdiq9t
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 2, 2026