Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Qarabağ” ötən gün “Neftçi”yə 5 illik fasilədən sonra məğlub oldu. Bu komandaların azarkeşləri arasında da ciddi rəqabət var. Bəs ağdamlı azarkeşlər məğlubiyyəti necə şərh edir? “Football-plus.az” “Qarabağ”ın “instaqram” hesabına gələn rəylərdən bəzilərini təqdim edir.daphina_36: “Elvinsiz 4 oyun, 3 məğlubiyyət”.aytac.1951: “Bir neçə il də bunu danışacaqlar”.gozelzadee: “Elvini çox axtaracaqsız”.najafli.m: “Bu mövsümü sonlandırıb bir daha yada salmamaq lazımdı”.elxan_a1: “Təxirəsalmaya hörmət olaraq “Qarabağ” “Neftçi”yə xal hədiyyə etdi, düz də etdi. “Qarabağ” heç kimə borclu qalmaz”.Qeyd edək ki, “Qarabağ” buna qədər sonuncu dəfə “Neftçi”yə 2020/21 mövsümündəki oyunda uduzmuşdu - 0:1.MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.