EN

Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı

Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qızı 24 yaşlı S.Abdullayeva müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı S.Abdullayevanın taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla gözəllik salonu açıb və qalan vəsaiti isə sevgilisi ilə birlikdə xərcləyib.

Faktla bağlı araşdırma davam etdirilir.

Chosen
36
13
editor.az

10Sources