EN

Silah nəhəngi humanitar yardımı dayandırmaqda ittiham olunur

Böyük Britaniyanın ən iri silah istehsalçılarından biri olan "BAE Systems" 120 milyon funt sterlinq məbləğində məhkəmə iddiası ilə üz-üzə qalıb.

Keniyada fəaliyyət göstərən yardım daşıma şirkəti "EnComm Aviation" iddia edir ki, "BAE Systems"-in qərarı Afrikanın ən həssas bölgələrinə göndərilən humanitar yardımları kəskin şəkildə azaldıb.

Şirkətin məlumatına görə, bu qərar nəticəsində Cənubi Sudan, Somali və Konqo Demokratik Respublikası kimi ölkələrə yardım çatdırılması dayandırılıb və bəzi bölgələr aclıq təhlükəsi ilə üz-üzə qalıb.

"EnComm Aviation" bildirir ki, "BAE Systems"-in ATP tipli yük təyyarələrinə texniki dəstəyi dayandırması onların bütün fəaliyyətini iflic edib. Bu təyyarələr ucqar ərazilərə enə bildiyi üçün humanitar missiyalar üçün xüsusi əhəmiyyət daşıyırdı.

2023-cü ilin martından 2024-cü ilin sentyabrına qədər bu təyyarələrlə Somali, Cənubi Sudan və digər ölkələrə ümumilikdə 18 mindən çox ton yardım çatdırılmışdı.

Şirkət rəhbəri Cekton Obuola "BAE Systems"-i sərt tənqid edərək bildirib ki, bu qərar həm onların biznesini dağıdıb, həm də minlərlə insanın həyatını təhlükəyə atıb.

Chosen
34
aznews.az

1Sources