EN

Tramp: Co Baydenin iti Məxfi Xidmət əməkdaşlarını 28 dəfə dişləyib

BAKI, 2 may. TELEQRAF

ABŞ-nin keçmiş Prezidenti Co Baydenin iti azı 28 dəfə Məxfi Xidmət əməkdaşlarını dişləyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Florida ştatında çıxışı zamanı deyib.

Tramp bildirib ki, prezidentlik fəaliyyətinin əvvəlində ona mövcud ənənəyə görə it saxlamaq tövsiyə olunub.

“Onlara Baydenin iti ilə gəzdiyi fotolar xoş gəlirdi, amma onun iti aqressiv idi. O, daim bizim Məxfi Xidmət əməkdaşlarımızı dişləyirdi. 28 belə hal olub”, – deyə Tramp bildirib.

Tramp həmçinin qeyd edib ki, siyasətçilər çox vaxt seçicilərin rəğbətini qazanmaq üçün it alırlar:

“Düşündüm ki, bu kifayət qədər saxta görünərdi... Təsəvvür edin: Donald Tramp şirin balaca pudel alıb”, – deyə o əlavə edib.

Chosen
32
teleqraf.com

1Sources