BAKI, 2 may. TELEQRAF
Almaniyanın “Borussiya Dortmund” klubunun isveçli futbolçusu Daniel Svensson mövsümün sonunda klubunu dəyişə bilər.
Teleqraf xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə “Liverpul” və “İnter” yaxından maraqlanır.
Bununla yanaşı, “Arsenal”, “Lids Yunayted”, “Milan” və “Atalanta” da Svenssonu izləyir.
Almaniya klubu futbolçunu saxlamaq istəyir, lakin 40–45 milyon avro civarında təkliflər gələcəyi halda onun transferini nəzərdən keçirməyə hazırdır. Svenssonun isə İngiltərə Premyer Liqasında çıxış etmək istədiyi bildirilir.
Qeyd edək ki, cari mövsümdə Svensson bütün turnirlərdə 43 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 22 milyon avro təşkil edir.