EN

Nigar Camal “Baku Flames” festivalında

Olay.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Avroviziya” qalibimiz Nigar Camal “Baku Flames” festivalında paneldə çıxış edəcək.

OLAY yazır ki, ölkəmizdə ikinci dəfə keçirilən festival beynəlxalq marketin mütəxəssisləri, brend sahibləri və digər peşə nümayəndələrini birləşdirir.

N.Camalın iştirak edəcəyi paneldə “Brend sima üçün işləyir, yoxsa sima brend üçün?” sualı müzakirə olunacaq.

Müasir marketinqin əsas suallarından birinə həsr olunacaq bu sessiyada brend və sima (ambassador) münasibətlərinin real dinamikası araşdırılacaq və bu tərəfdaşlıqlarda əslində masaya daha çox dəyəri kimin gətirdiyi müzakirə ediləcək.

Qeyd edək ki, paneli moderatoru Fərid Pərdəşünas, digər iştirakçılar isə Azər Aydəmir və Sona Abbasovadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
olay.az

1Sources