EN

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Kiyev, 2 may, AZƏRTAC

Rusiya son bir həftədə Ukraynaya təxminən 1600 hücum dronu, 1100 idarə olunan hava bombası və üç raket atıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində bildirib.

Zelenskinin sözlərinə görə, rus hərbçilər kütləvi hava hücumları ilə Ukraynanın hava hücumundan müdafiə sistemini yükləməyə çalışırlar və buna görə də raket təchizatı hər gün çox vacibdir. “Rusiyaya təzyiqin azaldılmaması da vacibdir, çünki mövcud sanksiyaların hər hansı bir yumşaldılması yalnız Rusiyanın müharibəyə xərclədiyi vəsaiti doldurmağa xidmət edir”, - deyə o əlavə edib.

Prezident yeni sanksiya paketləri üzərində işləyən və Rusiya sanksiyalarından yayınma sxemlərinin qarşısını almağa kömək edən hər kəsə təşəkkür edib.

Zelenski qeyd edib ki, bu səhər Xersonda Rusiyanın FPV dronunun mikroavtobusu vurması nəticəsində, iki nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
50
azertag.az

10Sources