EN

İsveçli müdafiəçi iki Avropa nəhənginin "radar"ında

Dortmund "Borussiya"sının sol cinah müdafiəçisi Daniel Svensson iki Avropa nəhəngindən birinə keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fussballdaten" portalı yayıb.

Məlumata görə, 24 yaşlı futbolçunu teansferində "Liverpul" və Milan "İnter"i maraqlıdır. Mənbə "arılar"ın Svenssonu heyətdə saxlamaq istədiklərini, lakin azı 40 milyon avro məbləğində təklif gələcəyi təqdirdə, isveçlini sata biləcəklərini vurğulayıb. Futbolçunun özünün İngiltərədə oynamaq variantına üstünlük verdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 43 matça çıxan arxa xətt oyunçusu 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Skandinaviyalı futbolçunun "Borussiya" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.

Toğrul

Chosen
11
1
fanat.az

2Sources