Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunda Bakı - Sumqayıt yolunun 7-ci km-də yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.