EN

Diplomatik korpus nümayəndələri Laçında istehsal müəsissələri ilə tanış olublar - Foto

Diplomatik korpus nümayəndələri Laçın rayonunda fəaliyyət göstərən istehsal müəsissələri ilə tanış olublar...

APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti rayona səfərləri çərçivəsində Zerti kəndində yerləşən Zerti Aqro-Sənaye Parkında olublar.

Sənaye parkında fəaliyyət göstərən müəssisələrlə tanışlıq çərçivəsində qonaqlara burada yaradılan müasir istehsal infrastrukturu barədə ətraflı məlumat verilib.

Sənaye parkında fəaliyyət göstərən heyvandarlıq kompleksi, tikiş fabriki, “Essential” yağ istehsalı müəssisəsi, “Aydınoğlu” mebel fabriki, “PIRSHAGHI” ayaqqabı fabriki, istixana kompleksi, tingçilik kompleksində olan diplomatlar istehsal infrastrukturu ilə tanış olublar.

Bildirilib ki, Zerti Aqro-Sənaye Parkında fəaliyyət göstərən müəsisələr yerli əhalinin işlə təmin olunmasına mühüm töhfə verir.

Poliqon.info

Chosen
9
2
poliqon.info

4Sources