Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dünən SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının müfəttiş müavini Məhəmməd Cəfər Əsədi İran və ABŞ arasında yenidən münaqişə ehtimalının olduğunu bildirib.
Əsədi qeyd edib ki, mövcud sübutlar ABŞ-nin heç bir vədə və ya razılaşmaya əməl etmədiyini göstərir. SEPAH rəsmisinin sözlərinə görə, Amerika rəsmilərinin son hərəkətləri və açıqlamaları əsasən mediaya hesablanıb.
O bildirib ki, Vaşinqtonun bu cür çıxışlarının iki əsas məqsədi var: birincisi neft qiymətlərinin aşağı düşməsinin qarşısını almaq, ikincisi isə ABŞ-nin özü tərəfindən yaradılmış mövcud vəziyyətdən çıxış yolu tapmaq.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.