EN

Raşford London klubuna keçəcəkmi?

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, hazırda icarə əsasında "Barselona"da çıxış edən Markus Raşford karyerasını London təmsilçusində davam etdirə bilər.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, onun xidmətində "Tottenhem" maraqlıdır.

Paytaxt komandası Premyer Liqadakı yerini qoruya bilsə, 28 yaşlı hücumçunu heyətinə qatmağa çalışacaq.

Hazırda 34 xalı olan "Tottenhem" çempionatın turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. 

Cari mövsüm "Barselona"nın heyətində 45 matça çıxan Markys 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Chosen
14
1
fanat.az

2Sources