EN

Azərbaycan heyəti Türkiyə Rəqabət Qurumu toplantısında

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Rəqabət Qurumunun təşkilatçılığı ilə keçirilən “Hökmran mövqedən sui-istifadə halları üzrə qabaqcıl təcrübələr” adlı təqdimatda iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin və Balkan regionu ölkələrinin rəqabət qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Toplantıda hökmran mövqedən sui-istifadə hallarının aşkarlanması, qiymətləndirilməsi və qərarvermə təcrübəsinə dair müzakirələr aparılıb, təqdimatlar keçirilib.

Agentliyin şöbə müdiri Şəmsi Rzalı tədbir çərçivəsində ölkəmizdə rəqabət orqanı qismində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəqabətin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib. Bu çərçivədə qəbul edilmiş Rəqabət Məcəlləsində müvafiq bazar payının və hökmran mövqenin müəyyən edilməsi meyarları, həmçinin hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin mövcudluğu vurğulanıb bu halların qarşısının alınmasında Azərbaycan Respublikasında formalaşmış təcrübə praktiki nümunələrlə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
xalqqazeti.az

2Sources