EN

Orbanın yerinə keçən kimi yeznəsini nazir edir Madyar Ədliyyə naziri postuna onu irəli sürdü

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Macarıstanda parlament seçkilərində qalib gələn və Viktor Orbanın yerini tutacaq “Tisa” partiyasının lideri Peter Madyar bacısının əri Marton Mellethely-Barnanı Ədliyyə naziri vəzifəsinə irəli sürüb. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Madyar bunu Facebook səhifəsindəki video mesajında bəyan edib.

O bu seçimini Barnanın “peşəkar keyfiyyətlərinə və qanunun aliliyinə sadiqliyinə görə” etdiyini deyib.

Madyarın sözlərinə görə, onlar tələbəlik illərindən bəri bir-birini tanıyırlar və Barna onunla qohum olmazdan çox əvvəl “Tisa” partiyasına qoşulub. Madyar həmçinin qeyd edib ki, hazırda hakim olan bacısı, əri nazir olacağı təqdirdə istefa verəcək.

Videoda gələcək baş nazir yeni hökumətin işində ciddi qaydaların tətbiq olunacağını bildirib və bu qaydalar özü də daxil olmaqla hər kəsə şamil ediləcək.

Macarıstanda Ədliyyə naziri parlament seçkilərindən sonra hökuməti formalaşdıran Baş nazirin təqdimatı ilə Prezident tərəfindən təyin olunur.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
azpolitika.info

1Sources