EN

Dəm qazı 73 yaşlı kişinin həyatına son qoydu

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tovuzda yaşlı kişi evdə dəm qazından boğularaq həyatını itirib.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1953-cü il təvəllüdlü R.Hüseynov yaşadığı evin həyətində olan yardımçı tikilidə dəm qazından boğularaq ölüb. Məlumata görə, yaşlı kişi tək yaşayırmış.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Tibbi Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
4
unikal.az

3Sources