EN

DƏHŞƏT: Sərnişin avtobusuna hücum edildi – FOTOLAR

Xersonda gün ərzində ikinci dəfə mülki şəxsləri daşıyan marşrut avtobusu Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınıb. Hadisə nəticəsində avtobusun sürücüsü xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. Onun sözlərinə görə, bu, gün ərzində sərnişin daşıyan nəqliyyat vasitəsinə qarşı törədilən ikinci bənzər hücumdur.

Xatırladaq ki, günün birinci yarısında baş verən analoji hücum nəticəsində iki mülki şəxs həlak olmuş, yeddi nəfər isə yaralanmışdı. Ukrayna tərəfi bu hadisələri mülki əhalini hədəf alan qəsdən törədilmiş terror aktları kimi qiymətləndirir. Hazırda ərazidə xilasetmə və təhlükəsizlik tədbirləri gücləndirilib.

Sara

Chosen
33
nocomment.az

1Sources