Tovuzda yaşlı kişi dəm qazından boğularaq həyatını itirib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1953-cü il təvəllüdlü R.Hüseynov yaşadığı evin həyətində olan yardımçı tikilidə dəm qazından boğularaq ölüb. Məlumata görə, yaşlı kişi tək yaşayırmış.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Tibbi Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.