Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Polşada saxlanılan qazaxıstanlı diplomatın azad edilməsinə göstərilən dəstəyə görə rusiyalı və belaruslu həmkarlarına minnətdarlıq edib.
Doğru.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı təşəkkürünü çatdırıb. Mətbuat xidməti əlavə edib ki, Tokayev qarşılıqlı məqbul nəticənin əldə olunmasında göstərdiyi köməyə görə Vladimir Putinə də minnətdarlıq bildirməyi məqsədəuyğun hesab edib.
Xatırladaq ki, 29 aprel tarixində mübadilədən sonra azad edilən Polşa vətəndaşlarının da Lukaşenkoya təşəkkür etdiyi açıqlanmışdı.
DOÄžRU.AZ