EN

“Barselona” Braziliya millisinin futbolçusunu heyətinə qata bilər

BAKI, 2 may. TELEQRAF

İngiltərənin “Çelsi” klubunun və Braziliya millisinin futbolçusu Joao Pedro İspaniya təmsilçisi “Barselona”nın maraq dairəsinə düşüb.

Teleqraf “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deko tezliklə 24 yaşlı hücumçunun yaxınları ikə təmaslara keçəcək.

“Barselona” Pedronu yayda komandadan ayrılacağı gözlənilən Robert Levandovskiyə perspektivli alternativ kimi görür.

Qeyd edək ki, cari mövsümdə Joao Pedro “Çelsi”nin heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

Chosen
37
teleqraf.com

1Sources